Yeni dövlət standartları mineral yağ tədarükçüləri və son istifadəçiləri üçün praktiki təlimat vasitəsi olacaq, o cümlədən neft və kimya sahələrində mövcud normativlərin təkmillləşdirilməsinə təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edilib:
Bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir.
Yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd: Yeni dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icrası çərçivəsində "Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında" texniki reqlamentin istinad standartları kimi istifadə olunması məqsədilə müvafiq beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanıb”.
