Yeni dövlət standartlarının qəbulu yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini, nəqliyyat vasitələrinin konstruktiv və texniki göstəricilərinin beynəlxalq normativ tələblərlə uyğunlaşdırılmasını, nəqliyyat vasitələrinin rəsmi təsdiq və istehsal uyğunluğu prosedurlarının daha da təkmilləşdirilməsini, eləcə də sərnişinlərin, xüsusilə uşaqların mühafizəsinin artırılmasını təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən nəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin və texniki uyğunluğun artırılması məqsədilə yeni dövlət standartları qəbul edilib. Qəbul olunan sənədlər BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:
Qeyd edək ki, bu dövlət standartları təhlükəsizlik kəmərləri və uşaq tutucu sistemlərinə dair tələbləri, nəqliyyat vasitələrinin səs səviyyəsinə dair normativləri, daxili yanma mühərriklərinin və elektrik dartı sistemlərinin faydalı gücünün ölçülməsi qaydalarını, həmçinin minik avtomobillərinin arxa görünüş güzgüsü və ya güzgülər istisna olmaqla salonun daxili hissələrinə, idarəetmə elementlərinin düzülüşünə, dam və açılan dama, eləcə də oturacaqların arxalığına və arxa hissələrinə dair tələbləri əhatə edir.
Sözügedən dövlət standartı layihələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
