ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
19 May, 2026

     Yeni dövlət standartları tekstil avadanlıqlarına dair potensial risklərin müəyyənləşdirilməsi və qarşısının alınması ilə bağlı təhlükəsizlik tələbləri və qaydalarını müəyyən edir.

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil avadanlıqlarının standartlaşdırılması istiqamətində yeni dövlət standartları qəbul edilib.

  • AZS ISO 11111-1:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 1: Ümumi tələblər”.
  • AZS ISO 11111-2:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”.
  • AZS ISO 11111-3:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 3: Toxunmamış materialların istehsalı avadanlıqları”.
  • AZS ISO 11111-4:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 4: İpliyin emal edilməsi, kanat və ip istehsalı avadanlıqları”.
  • AZS ISO 11111-5:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 5: Toxuma və trikotaj məhsulların hazırlanması avadanlıqları”.
  • AZS ISO 11111-6:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 6: Parça istehsalı avadanlıqları”.
  • AZS ISO 11111-7:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 7: Boyama və işləmə avadanlıqları”.     

Bu dövlət standartlarının qəbul edilməsində əsas məqsəd tekstil avadanlıqlarının təhlükəsiz istismarına şərait yaratmaq, istehsalat proseslərində risk səviyyəsini azaltmaq, işçilərin həyat və sağlamlığının müdafiəsini gücləndirmək, həmçinin müvafiq beynəlxalq standart və tələblərə uyğunluğu təmin etməkdən ibarətdir.

Sözügedən standart layihələri AZSTAND tərəfindən təsis edilən “Tekstil sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında  qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: Sözügedən dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbulu nəzərdə tutulan “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir. Bununla yanaşı, həmin standartlar Avropa Parlamenti və Şurasının “Maşınlar haqqında” Direktivinin istinad standartlarıdır.

Tarix:

19 May, 2026