“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən "Psixoloji yardım" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK49) təsis edilib.
AZSTAND/TK49 psixoloji yardım üzrə ümumi tələblərin formalaşdırılması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan işlərlə bağlı dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.
Texniki Komitənin fəaliyyətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi, 2 saylı Psixiatrik Kliniki Xəstəxana, Eksperimental Psixoloji Laboratoriya, "PUZZLE GROUP" Psixo-Sosial Reabilitasiya Mərkəzi və AZSTAND-ın nümayəndələri iştirak edirlər.
Texniki Komitəyə sədrlik İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova tərəfindən həyata keçiriləcək.