ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Standartlaşdırma və keyfiyyətə nəzarət ” mövzusunda seminar təşkil olunub
7 Aprel, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən birgə əməkdaşlıq çərçivəsində “Standartlaşdırma və keyfiyyətə nəzarət” mövzusunda təlim keçirilib.

ADNSU-da təşkil olunan təlimin keçirilməsində məqsəd tələbələrin standartlaşdırma sahəsində məlumat bazasının gücləndirilməsi, gənclərin bu sahədə rol və iştirakının artırılmasından ibarət olub.

Sözügedən təlimdə AZSTAND nümayəndəsi Nurlan Hacızadə geniş təqdimatla çıxış edərək qurumun tarixi və fəaliyyət istiqamətləri, beynəlxalq və regional standartlaşdırma fəaliyyəti, keyfiyyət standartları, o cümlədən AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri - Tələblər” standartı barədə tələbələrə ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Tarix:

7 Aprel, 2026