Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “ Tekstil sahəsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 45) növbəti iclası keçirilib.
İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Tekstil Assosiasiyası, Mərkəzi Gömrük Ekspertizası İdarəsi və “Dress Uniform” MMC-nin təmsilçiləri iştirak ediblər.
İclas çərçivəsində sözügedən Texniki Komitənin fəaliyyət planına uyğun olaraq “2026 –2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı” çərçivəsində 36 yeni dövlət standartı layihəsinin müzakirəsi, “Milli geyimlər” alt komitəsinin yaradılması, habelə struktur dəyişikliyi və AZSTAND/TK 45-ə yeni üzvlərin qəbul edilməsi məsələlərinə nəzər salınıb.
