Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) bazasında təsis edilən "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) növbəti iclası keçirilib.
Onlayn formatda təşkil olunan iclasda AZSTAND-ın əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, “SOCAR Downstream Management” MMC-nin, “AzinTelecom” MMC-nin, SOCAR AQŞ-nin, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “GLENSOL” şirkətinin, eləcə də WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri iştirak ediblər.
İclas zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq standart əsasında işlənib hazırlanmış AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri – Tələblər və istifadə üçün təlimat” dövlət standartının əhəmiyyəti barədə geniş məlumat verilib.
Bununla yanaşı, AZSTAND TK-08-in fəaliyyət planına uyğun olaraq müvafiq beynəlxalq standartlar əsasında işlənib hazırlanmış AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri. Fəaliyyətə (biznesə) təsirin təhlili üzrə təlimatlar”, AZS IEC 31010:2026 “Risklərin idarə olunması. Risklərin qiymətləndirilməsi üsulları” və AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri. Tələblər və istifadə üçün təlimat” dövlət standartlarının layihələri səs çoxluğu ilə qəbul edilib.
Sonda Texniki Komitənin qarşıdakı fəaliyyəti ilə bağlı müvafiq müzakirələr aparılıb, üzvlərin təklif və tövsiyələri dinlənilib.
