ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
8 Aprel, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK19) növbəti iclası keçirilib.

İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və “AZAVTOBUS” MMC-nin təmsilçiləri iştirak ediblər.

İclas zamanı “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində nəqliyyat vasitələrinin təhlükəsizliyi, sürücü və sərnişinlərin müdafiəsi və müvafiq sahədə istehsal keyfiyyətinin artırılması istiqamətində 10 yeni dövlət standart layihəsi səs çoxluğu ilə qəbul edilib, 1 dövlət standartının dövri yoxlaması keçirilib.

 

 

Tarix:

8 Aprel, 2026