İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 945:2023 (ГОСТ 20144-74) “Konservləşdirilmiş xiyar. Texniki şərtlər”, AZS TS 794:2023 “Pomidor (Solanum lycopersicum L). Texniki şərtlər”, AZS ГОСТ:25555.0:2023 “Meyvə və tərəvəzlərin emalı məhsulları. Titrlənən turşuluğun təyini üsulları” yeni dövlət standartları qəbul edilib.
Bu yeni dövlət standartları tərəvəzçilik sahəsində konservləşdirilmiş xiyar, pomidor, o cümlədən respublikada tərəvəz məhsullarının keyfiyyətinin yüksəldilməsinin (istehsal, idxal, ixrac və istehlak bazarına buraxılmasını) təmin edilməsi məqsədilə qəbul edilib.
Yeni dövlət standartları "Tərəvəz toxum - əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması"nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.